Menecment İqtisadiyyatı

Содержание

Слайд 2

1 “Menecment iqtisadiyyatı”nın predmeti və metodları

1

“Menecment iqtisadiyyatı”nın predmeti və metodları

Слайд 3

MÖVZUNUN ÖYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ “Menecment iqtisadiyyatı” ilə tanış olmaq və onu şərh

MÖVZUNUN ÖYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ

“Menecment iqtisadiyyatı” ilə tanış olmaq və onu şərh etmək;
“Menecment

iqtisadiyyatı”nın məşğul olduğu məsələlərin çərçivəsini müəyyən etmək;
Pozitiv və normativ iqtisadiyyat arasındakı fərqi izah etmək;
“Menecment iqtisadiyyatı”, iqtisadi nəzəriyyə və qərar elmləri arasındakı münasibətləri izah etmək;
Marketinq və maliyyə kimi biznes sahələrində “Menecment iqtisadiyyatı”nın digər fənnlərlə necə əlaqəyə girdiyini şərh etmək;
“Menecment iqtisadiyyatı”nın əsas öyrənmə sahələrini müəyyən etmək, onların bir-birilə necə əlaqədə olduğunu izah etmək və onların mətndə necə təşkil və təqdim olunmasını təsvir etmək;
Elmi nəzəriyyələrin inkişafı çərçivəsində istifadə olunan metodları şərh etmək və onların “menecment iqtisadiyyatı” ilə əlaqəsini göstərmək;
İqtisadi nəzəriyyənin pedaqoji baxımdan necə təqdim edilməsini və bunun mətndə materialın təşkili və təqdimi ilə necə əlaqəli olduğunu şərh etmək.
Слайд 4

GİRİŞ Əsas başlanğıc suallar: “Menecment iqtisadiyyatı” nəyi öyrənir? “Menecment iqtisadiyyatı” hansı

GİRİŞ

Əsas başlanğıc suallar:
“Menecment iqtisadiyyatı” nəyi öyrənir?
“Menecment iqtisadiyyatı” hansı problemlərlə məşğuldur?
“Menecment iqtisadiyyatı”

biznesdə və ya başqa sahələrdə daha yaxşı qərarlar qəbul etməyimiz üçün bizə necə kömək edə bilər?
Слайд 5

“MENECMENT İQTİSADİYYATI”NIN TƏRİFİ “Menecment iqtisadiyyatı” - iqitsadi nəzəriyyə və metodların biznesin

“MENECMENT İQTİSADİYYATI”NIN TƏRİFİ

“Menecment iqtisadiyyatı” - iqitsadi nəzəriyyə və metodların biznesin qərar

qəbulu prosesinə tətbiq edilməsidir.
Sual: Menecerlər iqtisadi nəzəriyyə və metodları biznesin qərar qəbulu prosesinə nə üçün tətbiq edərlər?
Cavab: Qarşılarına qoyduqları hədəflərə çatmaq üçün öz məhdud resurslarını ən səmərəli şəkildə bölüşdürmənin yolunu tapmaq məqsədilə…
Tərifdəki “biznes” ifadəsini daha geniş mənada da işlətmək mümkündür: iki və daha çox tərəflər arasında transaksiyanın (əqd, əməliyyat, sövdələşmə) baş verdiyi istənilən situasiya.
Слайд 6

“MENECMENT İQTİSADİYYATI”NIN ÖRƏNDİYİ ƏSAS MƏSƏLƏLƏR Biznes qərar qəbulu prosesinin ardıcıl olaraq

“MENECMENT İQTİSADİYYATI”NIN ÖRƏNDİYİ ƏSAS MƏSƏLƏLƏR

Biznes qərar qəbulu prosesinin ardıcıl olaraq aşağıdakı

məsələləri:
Həll edilməli problem varmı?
Həyata keçirilə biləcək strategiyalar və ya fəaliyyət istiqamətləri baxımından problemin həlli və ya həlləri varmı?
Bu strategiyalar üçün hansı hədəfi və ya hədəfləri müəyyən etmək olar?
Hər hansı strategiyanın reallaşdırılması baxımından hansı məhdudiyyətlər mövcuddur?
Problemin həlləri kimi strategiyaları necə müəyyən edə bilərik?
Bu strategiyaları, xüsusilə də onlar həyat və sağlamlıq məsələlərini əhatə etdikləri zaman, gəlirlər və xərclər baxımından necə qiymətləndirə bilərik?
Müvafiq verilənlərin ölçülməsinin ən yaxşı yolu hansıdır?
Təhlilimizdə hansı fərziyyələri irəli sürə bilərik?
Gələcəkdə risq və qeyri-müəyyənlik problemi və strategiyaların effektlərinin öhdəsindən necə gələ bilərik?
Müxtəlif ölkələr, istehlakçılar və istehsalçılar arasında mənafe konfliktləri problemlərinə necə yanaşa bilərik?
Müxtəlif mümkün fəaliyyət istiqamətləri arasından strategiyaları seçmək üçün hansı kriteriyadan istifadə edə bilərik?
Təcrübədə qərar qəbulu prosesinə siyasi meyllər və gündəliklər necə təsir göstərir?
Слайд 7

“MENECMENT İQTİSADİYYATI”NIN DİGƏR FƏNLƏRLƏ ƏLAQƏSİ Qərar qəbuluna yanaşma kimi “Menecment iqtisadiyyatı”

“MENECMENT İQTİSADİYYATI”NIN DİGƏR FƏNLƏRLƏ ƏLAQƏSİ

Qərar qəbuluna yanaşma kimi “Menecment iqtisadiyyatı” aşağıdakılarla

əlaqəlidir:
İqtisadi nəzəriyyə
Qərar elmləri
Biznes funksiyaları
Слайд 8

“MENECMENT İQTİSADİYYATI”NIN İQTİSADİ NƏZƏRİYYƏ İLƏ ƏLAQƏSİ “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyənin əsas

“MENECMENT İQTİSADİYYATI”NIN İQTİSADİ NƏZƏRİYYƏ İLƏ ƏLAQƏSİ

“Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyənin əsas qollarından

olan mikroiqtisadiyyatla əlaqəlidir.
“Menecment iqtisadiyyatı”ı mikroiqtisadi nəzəriyyənin əsasən aşağıdakı aspektləri ilə sıx bağlıdır:
Firma nəzəriyyəsi;
İstehlakçı davranışı nəzəriyyəsi (tələb);
İstehsal və xərc nəzəriyyəsi (təklif);
Qiymət nəzəriyyəsi;
Bazarın strukturu və rəqabət nəzəriyyəsi.
İki fənn arasında bir başlıca fərq vardır: Mikroiqtisadiyyat deskriptiv, “menecment iqtisadiyyatı” isə preskriptiv yanaşmaya əsaslanır. Başqa sözlə birincisi pozitiv, ikincisi isə normativ iqtisadiyyatdır.
Слайд 9

“MENECMENT İQTİSADİYYATI”NIN QƏRAR ELMLƏRİ İLƏ ƏLAQƏSİ Qərar elmləri “Menecment iqtisadiyyatı”nı təhlilin

“MENECMENT İQTİSADİYYATI”NIN QƏRAR ELMLƏRİ İLƏ ƏLAQƏSİ

Qərar elmləri “Menecment iqtisadiyyatı”nı təhlilin üsul

və vasitələri ilə təchiz edir. Bununla bağlı ən mühüm aspektlər aşağıdakılardır:
Rəqəmli və cəbri təhlil;
Optimallaşdırma;
Statistik qiymətləndirmə və proqnozlaşdırma;
Risq və qeyri-müəyyənliyin təhlili;
Diskontlaşdırma və zaman-dəyər-pul üsulları
Слайд 10

“MENECMENT İQTİSADİYYATI”NIN BİZNES FUNKSİYALARI İLƏ ƏLAQƏSİ Hər bir firma fəaliyyət funksiyalarına

“MENECMENT İQTİSADİYYATI”NIN BİZNES FUNKSİYALARI İLƏ ƏLAQƏSİ

Hər bir firma fəaliyyət funksiyalarına uyğun

olaraq aşağıdakı bölmələrdən ibarət olur:
İstehsal və əməliyyat;
Marketinq;
Maliyyə və mühasibat;
İnsan resursları
Qeyd olunan hər bir funksional sahənin özünəməxsus nəzəriyyə və metodları vardır. “Menecment iqtisadiyyatı” müvafiq funksional sahə üzrə qərarların qəbulunda həmin nəzəriyyə və metodlardan da istifadə edir.
Слайд 11

“MENECMENT İQTİSADİYYATI”NIN ƏSAS ÖYRƏNMƏ SAHƏLƏRİ VƏ ƏLAQƏLƏRİ

“MENECMENT İQTİSADİYYATI”NIN ƏSAS ÖYRƏNMƏ SAHƏLƏRİ VƏ ƏLAQƏLƏRİ

Слайд 12

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI Metodların iki əsas aspekti vardır: Profesionalların fənni inkişaf

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI

Metodların iki əsas aspekti vardır:
Profesionalların fənni inkişaf etdirmək

üçün istifadə etdiyi metodlar;
Tələbələrə fənni öyrətmək üçün materialların təqdim edilməsində istifadə edilən metodlar.
Слайд 13

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR Elmi nəzəriyyə aşağıdakı iki əsas funksiyanı

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

Elmi nəzəriyyə aşağıdakı iki əsas funksiyanı yerinə

yetirir:
Bizim müşahidə etdiyimiz fenomenlər arasında əlaqələri təsvir və ya şərh etmək;
Test edilə bilən mühakimə və proqnozlar vermək.
Elmi nəzəriyyənin formalaşma mərhələləri:
1. Hipotezlərin irəli sürülməsi;
2. Hipotezlərin empirik tədqiqatlarla test edilməsi (eksperiment və ya müşahidə yolu ilə);
3. Testlərin statistik təhlillərlə davam etdirilməsi (ekonometrika).
Слайд 14

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR Nəzəriyyənin inkişaf etdirilməsi prosesi Hipotez Empirik

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

Nəzəriyyənin inkişaf etdirilməsi prosesi

Hipotez

Empirik tədqiqat

Statistik təhlil

Qəbul /

İnkar
Dəyişdirmə / Düzəltmə
Слайд 15

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR Elmi nəzəriyyələrin daim inkişaf etdiyini nəzərə

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: ELMİ NƏZƏRİYYƏLƏR

Elmi nəzəriyyələrin daim inkişaf etdiyini nəzərə alsaq,

onda menecerlərin daha yaxşı qərar qəbul etmələri üçün daha “yaxşı” nəzəriyyələrə ehtiyacı olduğunu söyləmək mümkündür. Bu baxımdan “yaxşı” nəzəriyyə aşağıdakı xüsusiyətləri daşımalıdır:
Mövcud müşahidələri yaxşı izah edir;
Düzgün proqnozlar formalaşdırır;
Əhatə etdiyi dəyişənlər dəqiq və etibarlı ölçülə bilir;
Çoxlu sayda müxtəlif situasiyalar üçün tətbiq oluna bilir;
Mümkün qədər az miqdarda fərziyyələrə əsaslanır.
Слайд 16

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: İQTİSADİYYATIN ÖYRƏNİLMƏSİ İqtisadiyyat elmi ictimai həyatın çox mürəkkəb

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: İQTİSADİYYATIN ÖYRƏNİLMƏSİ

İqtisadiyyat elmi ictimai həyatın çox mürəkkəb bir

sahəsini öyrənir. Bunun üçün də həmin sahədəki mövcud münasibətləri sadə modellərlə təqdim etməyə çalışır.
Bəs model nədir? Model öyrənilən sistemin əsas xüsusiyyətlərini və münasibətlərini özündə birləşdirməklə onun təmsilçisi rolunu oynayan nəzəri konstruksiyadır.
İqtisadi modellər çox vaxt qrafiklər, diaqramlar və ya düsturlarla ifadə olunur.
İqtisadiyyat elmində neoklassik yanaşmaya üstünlük verilməsi də bu yanaşmanın məhz belə modellərə əsaslanması ilə əlaqədardır.
Слайд 17

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: TƏHLİLİN VASİTƏLƏRİ – TƏLƏB VƏ TƏKLİF Tələb və

“MENECMENT İQTİSADİYYATI”NIN METODLARI: TƏHLİLİN VASİTƏLƏRİ – TƏLƏB VƏ TƏKLİF

Tələb və təklif

anlayışları bütün iqtisadi anlayışlar arasında ən mühüm olanlardır.
Tələb və təklif təkcə iqtisadçının silah deposunda olan təhlil vasitələri deyil, eyni zamanda onlar müxtəlif iqtisadi situasiyaların təhlilində müvafiq faktorları müəyyənləşdirməyə və izah etməyə imkan verirlər.
Слайд 18

Xülasə “Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə

Xülasə

“Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə və metodların biznesin qərar qəbulu prosesinə tətbiqini

öyrənir.
Bu tərifdə biznes termini iki və daha çox tərəflər arasında istənilən transaksiyanı ifadə edən çox geniş mənada da işlədilə bilər. Bu “menecment iqtisadiyyatı” fənninin daha geniş tətbiq dairəsi olduğunu göstərir.
Qərar qəbulu prosesi bir sıra mərhələləri əhatə edir: problemin dərk edilməsi, hədəflərin müəyyən edilməsi, məhdudiyyətlərin şərh edilməsi, strategiyaların seçilməsi, strategiyaların qiymətləndirilməsi və strategiyalar arasından seçimin kriteriyasının müəyyənləşdirilməsi.
“Menecment iqtisadiyyatı” iqtisadi nəzəriyyə, qərar elmləri və biznes funksiyaları ilə əlaqəlidir.
İqtisadi nəzəriyyənin əhatə olunan əsas elementləri bunlardır: firma nəzəriyyəsi, istehlakçı və tələb nəzəriyyəsi, istehsal və xərc nəzəriyyəsi, qiymət nəzəriyyəsi və rəqabət nəzəriyyəsi.
Слайд 19

Xülasə Neoklassik yanaşma iqtisadiyyatda fərdləri və firmaları ölçülə bilən hədəflərini optimallaşdıran

Xülasə

Neoklassik yanaşma iqtisadiyyatda fərdləri və firmaları ölçülə bilən hədəflərini optimallaşdıran rasional

subyektlər kimi qəbul edir.
Pozitiv açıqlamalar elə açıqlamalardır ki, onlar empirik və məntiqi yollarla test edilə bilir. Normativ açıqlamalar dəyər mühakimələrini ifadə edir.
İqtisadi prinsiplərin tətbiqi yuxarıda göstərilən hər iki açıqlama tipinin formalaşdırılmasında faydalıdır.
Nəzəriyyə müşahidə etdiyimiz fenomenlər arasındakı əlaqələri təsvir və ya şərh edən açıqlamadır və test edilə bilən mühakimə və proqnozlar yaradırlar.
Слайд 20

Xülasə İqtisadi nəzəriyyələr empririk tədqiqatlar və ekonometrik metodlardan istifadə etməklə test

Xülasə

İqtisadi nəzəriyyələr empririk tədqiqatlar və ekonometrik metodlardan istifadə etməklə test edilə

bilinməlidir.
İqtisadiyyat fənni sadə modellər qurmaqdan ötürü ilk növbədə çoxlu fərziyyələr irəli sürür, sonra isə daha real şeylər əldə etmək və daha yaxşı nəzəriyyələr təmin etmək məqsədilə mərhələli olaraq bu fərziyyələri yüngülləşdirir.
Təhlil edilən situasiyalar çox mürəkkəb olduğundan daha əhatəli və inkişaf etmiş təhlil metodlarına ehtiyac duyulur.
Слайд 21

Özünü yoxlama sualları Nə üçün “menecment iqtisadiyyatı” fənnindən çox müxtəlif problemlərin

Özünü yoxlama sualları

Nə üçün “menecment iqtisadiyyatı” fənnindən çox müxtəlif problemlərin həllində

istifadə etmək olar?
Qərar qəbulu prosesi necə izah oluna bilər?
Normal olaraq biznes transaksiyası kimi qəbul edilməyən bir neçə transaksiya nümunəsi göstərin.
“Yaxşı” nəzəriyyə nə deməkdir?
“Yaxşı” nəzəriyyələrin menecerlər üçün hansı səbəbdən əhəmiyyətli olduğunu misallarla izah edin.
Nə üçün biz iqtisadiyyatı öyrənən zaman başlanğıcda daha yaxşı nəzəriyyələri öyrənməyə meyl etmirik?