Azərbaycan tari̇xi̇

Содержание

Слайд 2

“Azərbaycan tarixi” fənninin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması

“Azərbaycan tarixi” fənninin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması

Слайд 3

Слайд 4

Слайд 5

Слайд 6

MÜHAZİRƏ 1 MÜHAZİRƏNİN MÖVZUSU: Giriş. Azərbaycan ərazisində ibtidai-icma quruluşu və qədim

MÜHAZİRƏ 1
MÜHAZİRƏNİN MÖVZUSU:
Giriş. Azərbaycan ərazisində ibtidai-icma quruluşu və qədim Azərbaycan

dövlətləri
MÜHAZİRƏNİN MƏQSƏDİ –Azərbaycan tarixi kursunun mövzusu, əhəmiyyəti, onu öyrənən mənbələr, Azərbaycanda ibtidai icma quruluşu, tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması haqqında biliklərin əldə olunması
MÜHAZİRƏNİN PLANI:
Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı.
Azərbaycanda ibtidai icma quruluşu, tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması.
Manna dövləti. İctimai-siyasi quruluşu və təsərrüfat həyatı.
Azərbaycan Midiya və Əhəmənilər dövlətləri dövründə. Atropatena dövləti, yaranması və sosial-iqtisadi həyatı.
5. Albaniya e.ə.IV- e.III əsrlərində: Qədim Azərbaycanın iqtisadi həyatı və dini baxışları.
Слайд 7

Dərsin Hədəfləri Bu dərsi bitirdikdə Azərbaycan ərazisində ibtidai-icma quruluşu və qədim

Dərsin Hədəfləri

Bu dərsi bitirdikdə
Azərbaycan ərazisində ibtidai-icma quruluşu və qədim Azərbaycan dövlətlərinin

yaranması dövrlərini,
Azərbaycan tarixi fənnini öyrənməyin əhəmiyyəti,
Azərbaycan ərazisində ibtidai-icma quruluşu,
Qədim insan yaşayışı məskənləri,
Tayfa ittifaqları və ilkin dövlət qurumları,
Qədim Azərbaycan dövlətlərinin yaranması dövrlərini,
Azərbaycanın iqtisadi həyatı və dini baxışları haqqında bilikləri ,
öyrənmiş olacaqsınız.
Müvəffəqiyyətlər diləyirik!..
Слайд 8

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı. Azərbaycan ərazisində ibtidai icma

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı. Azərbaycan ərazisində ibtidai icma

quruluşu və qədim Azərbay-can dövlətləri
Türk dilləri qrupuna mənsub dildə danışan Azərbaycan türklərinin yaşadığı ərazi Azərbaycan adlanmışdır. Tarixən Azərbaycan Şimalda Dağıstan, Qərbdə Gürcüstan, Cənubi Qərbdə Armeniya, Şərqdə Xəzər dənizi, Cənubda Mərkəzti İran ilə həmsərhəd olmuşdur. Araz çayı Azərbaycan ərazisini iki hissəyə bölmüşdü. Arazdan başqa şimalda Kür, Cənubda isə Qızılüzən Azərbaycan ərazisindən axan ən böyük çaylardır. Azərbaycanın cənubunda şor sulu Urmiya gölü yerləşmişdi. Azərbaycan tarixən dağlıq ölkə kimi məlumdur. Azərbaycanın Urmiya gölü hövzəsindəki qərb sərhədləri Zaqroş dağlarına söykənir. Azərbaycanda Murovdağ, Şahdağ, Qarabağ yaylası, Talış, Qaradağ, Səhənd, Savalan və s. dağlar böyük ovlaqlar və vadilər və s. yerləşir.
Azərbaycanın təbii şəraiti ölkədə geniş miqyasda suvarma sisteminin yaradılmasına imkan verməmiş, lakin ayrı-ayrı regionlarda suvarma şəbəkələri mövcud olmuşdur. Ən qədim zamanlarda rütubətli, isti və quru iqlim mövcud olmuşdur. Bəzi regionlarda hələ yanvar ayında torpaq göy örtüyə bürünür. Azərbaycanın faunası çox zəngindir. Meşələri ov heyvanları, müalicəvi bitkilər ilə zəngin
Слайд 9

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı. Azərbaycan ərazisində ibtidai icma

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı. Azərbaycan ərazisində ibtidai icma

quruluşu və qədim Azərbay-can dövlətləri

olmuşdur. Faydalı qazıntılar ilə zəngindir. Qədim dövrlərdə Azərbaycanın yığcam, bütöv bir əraziyə şamil edilən coğrafi adı olmamışdır. Ölkəyə şamil edilən bu və ya digər ad müxtəlif amillər əsasında meydana gəlirdi. E.ə IIIminillikdə Cənubi Azərbaycanın ərazisini bildirən adlardan biri Aratta idi. Arata Urmiya gölünün cənub və cənub-şərqini əhatə edən ölkənin adı imiş.
Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer кürəsində ibtidai insanın formalaşdığı rayonlar sırasına daxildir. Aparılmış tədqiqatlarla müəyyən olunmuşdurk ki, hələ on iki milyon il əvvəl Azərbaycan ərazisində insanabənzər meymunlar yaşamışdır. 1939-cu ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhədində Ceyrançöl və Eldar düzənliyinin mərkəzi hissəsində, Udabno adlı yerdə insanabənzər meymunun qalıqlarının (dişlərinin) tapılması buna sübutdur. Həmin dövr geoloji bölgüdə üçüncü dövrlə uyğun gəlir. Beləliklə üçüncü geoloji dövrdə Cənubi Qafqaz, o

Слайд 10

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı. Azərbaycan ərazisində ibtidai icma

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı. Azərbaycan ərazisində ibtidai icma quruluşu

və qədim Azərbay-can dövlətləri

Faydalı qazıntılar ilə zəngindir. Qədim dövrlərdə Azərbaycanın yığcam, bütöv bir əraziyə şamil edilən coğrafi adı olmamışdır. Ölkəyə şamil edilən bu və ya digər ad müxtəlif amillər əsasında meydana gəlirdi. E.ə IIIminillikdə Cənubi Azərbaycanın ərazisini bildirən adlardan biri Aratta idi. Arata Urmiya gölünün cənub və cənub-şərqini əhatə edən ölkənin adı imiş.
Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer кürəsində ibtidai insanın formalaşdığı rayonlar sırasına daxildir.
Aparılmış tədqiqatlarla müəyyən olunmuşdurk ki, hələ on iki milyon il əvvəl Azərbaycan ərazisində insanabənzər meymunlar yaşamışdır. O cümlədən Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır. İbtidai cəmiyyət başqa formasiyalara nisbətən uzun müddət davam etmişdir.

Слайд 11

Qədim daş dövrünün mərhələləri. Quruçayda aşkar olunmuş daş əmək alətləri

Qədim daş dövrünün mərhələləri. Quruçayda aşkar olunmuş daş əmək alətləri

Слайд 12

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı. Azərbaycan ərazisində ibtidai icma

Azərbaycan tarixi kursunun mövzusu və mənbələrin təsnifatı. Azərbaycan ərazisində ibtidai icma quruluşu

və qədim Azərbay-can dövlətləri

Azərbaycan tunc dövründə. Eramızdan əvvə IY minilliyin sonlarından başlayaraq Eneolit dövrü Tunc dövrü ilə əvəz olunmuşdur. Azərbaycanda bu dövr e.ə. II minilliyin sonlarına qədər davam etmişdir. Tuncun meydana gəlməsi ibtidai cəmiyyətin tələbatından doğmuşdu.
Azərbaycanda mis yataqları olması Azərbaycanda metalişləmə və metallurgiyanın inkişafına şərait yaratmışdı. Təmiz misdən hazırlanan alətlər gövrək olduğu üçün davamsız idi və tez xarab olurdu. Onu görə də qədim sənətkarlar misin tərkibinə müxtəlif qatışıqlar, məsələn, mərgümüş, sürmə, nikel, daha sonralar qalay qataraq daha möhkəm metal – tunc əldə etdilər. Əmək alətlərinin, silahların, məişət və bəzək əşyalarının çoxu tuncdan hazırlandığından bu dövr Tunc dövrü adlanır.
Tunc dövrü ibtidai icma quruluşunun inkişaf tarixində çox mühüm yer tutur. Cəmiyyətin həyatının bütün sahələrində böyük dəyşikliklər baş vermiş, ağır zəhmət tələb edən kişi əməyi (xış əkinçiliyi, maldarlıqla, metalişləmə ilə məşğul olmaq) irəli keçmiş, anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olunmuşdur. Tunc dövründə Azərbaycanda böyük mədəni-etnik birliklər– böyük tayfalar və tayfa birləşmələri meydana gəlmişdir.

Слайд 13

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması. Azərbaycanda tunc dövrü bir

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması.

Azərbaycanda tunc dövrü bir neçə

mərhələyə erkən, orta və tunc dövrü mərhələlərinə bölünür. Erkən Tunc dövrü e.ə. 1Y minilliyin ikinci yarısıfndan III minilliyin sonuna qədər davam etmişdir. Bu dövr üçün Azərbaycanda Kür-Araz mədəniyyəti səciyəvidir. Çünki həmin mərhələyə aid olan abidələr ilk dəfə Kür-Araz ovalığında öyrənilmişdir.
İri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II minilliyin axırı–1 minil­liyin əvvəllərində Şimali Azərbaycanda ibtidai icma quruluşunun dağılmasını sürətləndirmişdi. Lakin bu ərazidə sinifli cəmiyyətin yaranması müəyyən müddət ləngiməsinə baxmayaraq Azərbaycanın cənub ərazilərində ilk quldar dövlətlər daha qədim dövrlərdə yaranmışdır.
Eramızdan əvvəl IV minillikdə qədim Azərbaycanda maldarlıq, əkincilik və sənətkarlıqın imkişaf etmiş, əkinci-maldar təsərrüfatı meydana gəlmişdir. Azərbaycanda da İkicayarasında meydana gəlmiş Hələf, xususilə Ubeyd yaxud protoşumer, ilkin şumer mədəniyyətinə oxşar əlamətlər təmsil olunmuşdur.
Azərbaycanda ilkin şumer mədəniyyətinə oxşar arxeoloji mədəniyyət abidələrinin (dairəvi evlərin və naxışlı qabqacağın) yayılması eramızdan əvvəl IV minilikdə burada protoşumer etnik qruplarının məskunlaşdığını, Azərbaycan əhalisi ilə yaxın təmasda olduğunu söyləməyə imkan verir.
Слайд 14

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması. Lullubum (Lullubi) dövləti. Eramızdan

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması.

Lullubum (Lullubi) dövləti. Eramızdan

əvvəl III minilliyin II yarısında İkicayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkicayarası Akkad dövlətinin hakimyyəti (eramızdan əvvəl XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı.
Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına su və turukki tayfalarının daxil olması güman edilir. Eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı. Lullubi dövləti (Lullubum) Cənubi Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi.
Lulubi hökmdarı Satuninin eramızdan əvvəl III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı Naram-Suenə qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş. Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cə­nub­da Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi.
Слайд 15

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması. Lullubilər də Aratta dövründə

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması.

Lullubilər də Aratta dövründə

olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb və cənubi qərb hissəsində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar.
Kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. Hətta kuti hökmdarı Elulumeş İkiçayarasında yaranmış daxili hərçmərçlikdən istifadə edərək eramızdan əvvəl 2175-ci ildə burada hakimyyəti öz əlinə almışdı. Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə qalmışdır. İkiçayarasında onun hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş vermişdir və kutilərin İkiçayarasında hakimyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında
Слайд 16

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması. böyük hərbi qüvvə saxlamırdılar.

Tayfa ittifaqları və ilkin dövlət qurumlarının yaranması.

böyük hərbi qüvvə saxlamırdılar.

İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kuti umun özündə də dövlət süquta uğrayır, xırda hakimyyətlər yaranır.
Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləçə də Lullubi dövlətləri süquta uğrayaraq xırda hakimyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I miniliyin əvvəlinə kimi davam edir. Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.
Eramızdan əvvəl II miniliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan turukki və su tayfalarının siyasi fəaliyyəti başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki və su tayfaları İkiçayarası hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar.
Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II minilliyin sonu – I minilliyin əvvəlində yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər, elamlar və s. yaşayırdılar.
Слайд 17

Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində. Sualın izahına başlarkən əvvəldən göstərilməlidir

Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində.
Sualın izahına başlarkən əvvəldən göstərilməlidir ki,

Midiya tarixi haqqında ilk məlumat verən Herodot olmuşdur. Antik müəlliflərdən Herodotla yanaşı Diodor, Plutarx, Strabon, Ammion Martselin və bir çox başqa tarixçilər və coğrafiyaşünaslar Midiya tarixinə dair maraqlı məlumat qoyub getmişlər. Herodot göstərir ki, midiyalılar 6 tayfadan- buslar, paretagenlər, struxatlar, arizantlar, budilər və maqlardan ibarət idi. O, hər bir tayfanın sakin olduğu yeri də göstərməyə səy göstərmişdir.
Bu ölkənin öyrənilməsində Assuriya daşüstü yazıları və Assuriya-Babil mənbələri də əhəmiyyətli məlumat verirlər, Midiya ərazisində artıq e. ə. II miniliyin başlanğıcında xüsusi sahibkar təsərrüfatı var idi. Qabaq Asiyanın bütün başqa ölkələrində olduğu kimi, Midiya ərazisində 3 təsərrüfat vahidi- xüsusi, icma və car təsərrüfatı vahidləri olmuşdur. Sonuncu təsərrüfat sahəsində toxuculuq, dəmirçilik, silah istehsalı, əkinçilik alətləri hazırlamaq, dərzilik, dülgərlik və s. kimi peşələr geniş yer tuturdu. Çar sənətkarlıq təsərrüfatındakı emalatxanalarda çalışan işçi qüvvəsi qullardan, qul halına gətirilmiş hərbi əsirlərdən, ayrıca kəndlərdə yaşayan müxtəlif ixtisaslı azad sənətkarlardan ibarət idi. Midiya dövləti iqtisadi vəhdəti olmayan hərbi-inzibati təşkilat olmuşdur.
Слайд 18

Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində İqtisadi əlaqələrə əsaslanmayan təsisatlar, heç

Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində

İqtisadi əlaqələrə əsaslanmayan təsisatlar, heç vaxt

daxilən möhkəm olmamışdır. Bu hal özünü e.ə. VII əsrin əvvələrində, Midiya dövlətinin özünü müdafiə edən siyasi təşkilatdan başqalarının torpaqlarını tutmaq yoluna qədəm qoyan dövlətə çevrildiyi andan etibarən daha aydın göstərməyə başladı.
Midiyalılar e. ə. IX-VII Aşşur mənbələrinə görə İran yaylasının Xəzər dənizindən cənubda, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmışlar. Midiyalılar haqqında ilk məlumat e. ə. IX əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr mənbələrində onlar amaday, maday, matay, medoy və s. adları ilə məlumdurlar.
Слайд 19

Atropaten dövləti, onun tarixi yeri. . Atropatena e.ə. IV əsrin son

Atropaten dövləti, onun tarixi yeri.

. Atropatena e.ə. IV əsrin son rübündə

Cənubi Azərbaycan, İran Kürdüstanı və Şimali Azərbaycanın müəyyən hissəsində meydana gəlmiş çarlığın yunança adıdır. Atropatena zəngin və qüdrətli bir dövlət olmuşdur. Atropatena yüksək mədəniyyətı, inkişaf etmiş əkinçilik və maldarlıq, sənətkarlıq və ticarəti, iri şəhərləri olan zəngin ölkə idi. E.ə. IV əsrin 50-cı illərin əvvəllərində Əhəmənilərin İran dövləti tənəzzülə doğru gedirdi. E.ə. 334-cu ilin yazında Makedonyalı İsgəndər kiçik Asiyaya soxuldu. E.ə. 334-cu ilin mayında Qranik çayı sahilində birinci döyüş olur. İsgəndərin İran ordusu ilə ikinci döyüşü e.ə. 333-cu ildə İss şəhəri yaxınlığında oldu. Farslar məğlub olurlar və III Dara döyüş meydanından qaçdı. Kiçik Asiya İskəndərin hakimyyəti altına keçdi.
. 3-cü vuruşma e.ə. 331- ci il oktyabrın I-də Qavqamel kəndi yaxınlığında baş verdi. III Daranın ordusu darmadağın edildi. Ancaq III Dara məğlub olmaq istəmirdi. O, Midiyaya qaçdı və orada ordu toplamağa başladı. Midiyanın satratı Atropat idi və o, Qavqamel döyüşündə iştirak etmişdi. İskəndər Atropatı satraplıqdan azad edir (III Daranı müdafiə etdiyinə görə) və Midiyaya yeni satrap təyin edir. Ancaq tezliklə vəziyyət dəyişir. Aydın olur ki, Atropatın müttəfiqləri olan kadusilər və skiflər III Daranı müdafiə etmirlər. Belə şəraitdə Atropat da III Daranı müdafiə etmir.
Слайд 20

Atropaten dövləti, onun tarixi yeri. . Buna görə də III Dara

Atropaten dövləti, onun tarixi yeri.

. Buna görə də III Dara həmədana

qaçır və orada ölur. Atropat da öz siyasətini dəyişir və İskəndərin tərəfinə keçir. Buna görə də o, e.ə. 328-ci ildə öz əvvəlki (Midiya satrapı) vəzifə­sinə bərpa edilir. III Daranın ölümündən sonra İskəndər Asiyanın çarı olur. Əhəmənilər imperiyası süquta uğrayır. Əhəmənilər imperiyası Cənubi Qafqaz xalqlarının həyatında mühüm rol oynadı. Atropatın adı tarixi mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə baş verən Qavqamel döyüşündə çəkilir.
Albaniya e.ə. IV- e. III əsrlərində. E.ə. IV əsrin sonu – III əsrin əvvəllərində Azərbaycanın şimalı və indiki Dağıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti Albaniya dövləti təşəkkül tapmışdı. Albaniya şimalda Sarmatiya qərbdə İberiya, cənub-qərbdə Ərməniyyə, cənubda isə Atrapotena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə oldu. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar.
Слайд 21

Bəziləri Qafqaz Albaniyasını Kürün ancaq sol sahilində yerləşdirir, Sağsahil Albaniyasını isə

Bəziləri Qafqaz Albaniyasını Kürün ancaq sol sahilində yerləşdirir, Sağsahil Albaniyasını

isə Ermənistanın "şərq torpaqları", Ermənistanın "Ağvan qismi" adlandırırlar. Lakin istər antik yazılı tarixi qaynaqlar, istərsə də linqvistik, etnoqrafik, toponomik və s. materiallar sübut edir ki, tarixi Qafqaz Albaniyası Kürün hər iki sahilini, indiki Azərbaycan Respubli-kasını, Ermənistan, Gürcüstan və Dağıstan respublikalarının bir hissəsini əhatə etmişdir.
Слайд 22

Arxeoloji materiallar sübut edir ki, Albaniyada metalişləmə, zərgərlik, dulusçuluq, toxuculuq, əmək

Arxeoloji materiallar sübut edir ki, Albaniyada metalişləmə, zərgərlik, dulusçuluq, toxuculuq,

əmək alətlərinin hazırlanması və s. bu kimi sənətkarlıq sahələri inkişaf edirdi.
Слайд 23

Mühazirənin Xülasəsi Bu bölmədə, Azərbaycan tarixini öyrənən mənbələrin təsnifatı , Ölkənin

Mühazirənin Xülasəsi

Bu bölmədə,
Azərbaycan tarixini öyrənən mənbələrin təsnifatı ,
Ölkənin adı ,
İbtidai icma

quruluşu,
. Tayfa ittifaqları,
. Ən qədim dövlət qurumları,
Manna dövləti,
Atropatena dövləti,
Alban çarlığı,
. Azərbaycanın dini baxışlarnı və mədəni hıyatını,
Öyrəndiniz.
İndi özünüzü sınaya bilərsiniz.
Müvəffəqiyyətlər diləyirik!.