Ana dili və vətən haqqında şeirlər

Слайд 2

Bəxtiyar Vahabzadə - Ana dili

Bəxtiyar Vahabzadə - Ana dili

Слайд 3

Слайд 4

Şirin dil –Ana dili Bəstəkar Emin Sabitoğlu Söz: Bayatılar İfaçı: Gülağa Məmmədov

Şirin dil –Ana dili

Bəstəkar Emin Sabitoğlu
Söz: Bayatılar
İfaçı: Gülağa Məmmədov

Слайд 5

Məmməd Araz - Vətən mənə oğul desə Buyruqlara sığışmayan inaddım, Çox

Məmməd Araz - Vətən mənə oğul desə

Buyruqlara sığışmayan inaddım,
Çox qanadlar

yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım;
Nizamlara baş əyməzdi nizamım.
Qayaları haçalardı qüdrətim,
Buludları parçalardı qüdrətim
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.

O selablar seləliyim yalanmış,
Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım...
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdır, xəzanımdır, xəzanım.

Слайд 6

Abbas Səhhət –Vətənim Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni

Abbas Səhhət –Vətənim

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə

Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.

Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa da o şəxsdə vicdan olmaz!

Слайд 7

“İBLİS” pyesindən İblisin monoloqu

“İBLİS” pyesindən İblisin monoloqu

Слайд 8

“Hamlet” əsərindən bir parça Tələt Əyyubovun tərcüməsi Ölümmü, qalımmı? Sual budur,

“Hamlet” əsərindən bir parça Tələt Əyyubovun tərcüməsi

Ölümmü, qalımmı? Sual budur, bu…
Taleyin dəhşətli

zərbələrinə 
Müti bir qul kimi dözümmü, yoxsa 
Üsyanmı qaldırım silahlanaraq? 
Ya qələbə çalım, ya həlak olum?
Ölmək! Hər bir şeyi tamam unutmaq. 
İnsan ürəyinin min bir dərdinin,
Min bir əzabının, intizarının,
Ağır zəncirini qırıb qurtarmaq,
O gözəl, son məqsəd bu deyilmidir? 
Əbədi yuxuda yataraq qalmaq.
Ölmək ya uyumaq. Sonra da orda
Yuxularmı görmək? Bax, cavab budur.
Bu dünya mülkünün duyğularını 
Ataraq, ölümün yuxusunda, ah, 
İnsan nələr görür? Budur müəmma 
Bizim ömrümüzü  fəlakətlərdə
Uzadan müəmma, bax budur, budur.

Yoxsa hakimlərin baş vüqarına 
Bütün əyyanların cahilliyinə 
Hər yerdə, hər şeydə saxtakarlığa, 
Ürəyin qıfılla bağlanmasına 
Nakam məhəbbətə, hər bir rəzilin
Gözünün yalançı parıltısına,
Bir xəncər zərbəsi bütün bunları 
Vurub yox etməyə kifayət ikən.
Kim dözərdi, de kim? 
Ölümün bilinməz əsrarlarından
Gedər -gəlməz olar həmin diyardan.
Qorxu olmaseydi, həyat yükünün,
Ağırlığı altda sürükləməyə 
Kim dözərdi, de kim? Bütün bunları 
Düşünən beynimiz, qorxub çəkilir.
Solur bir gül kimi qətiyyətimiz.
Ağıl düşünməkdən dayanıb qalır.
Həyata keçməsi mümkün görünən

Ən böyük xəyallar, böyük arzular.
Cəsarətsizlikdən həlak olur, ah! 
Bəsdir. Ah, Ofeliya!  Mənim sevincim! 
Dua eyləyərkən günahlarımı,
Məni də xatırlat mehriban mələk! 

Слайд 9