Horizontal Quyuların Qazılmasının Geoloji Şəraiti

Содержание

Слайд 2

Plan Neft yataqlarında horizontal quyular qazmaq üçün yataqların seçilmə üsulları. Horizontal

Plan

Neft yataqlarında horizontal quyular qazmaq üçün yataqların seçilmə üsulları.
Horizontal

quyuların imkanları.
Horizontal quyuların səmərəli tətbiqinin geoloji-mədən meyarları.
Слайд 3

Neft yataqlarında horizontal quyular qazmaq üçün yataqların seçilmə üsulları. Dünya neft-qazçıxarma

Neft yataqlarında horizontal quyular qazmaq üçün yataqların seçilmə üsulları.

Dünya neft-qazçıxarma

təcrübəsindən məlumdur ki, yataqların işlənilmə effektivliyini artırmaq üçün horizontal (üfüqi) quyuların imkanlarından geniş istifadə edilir. Son illərdə bu üsulla qazılmış quyuların istismarı bir qayda olaraq layihə sənədlərində də öz əksini tapır. Horizontal (üfüqi) quyular yeni kəşf edilmiş mədənlərlə yanaşı, uzun müddət işlənilən yataqların reabilitasiyası üçün də istifadə edilir.
Məlum olduğu kimi, işlənilmə prosesində horizontal quyuların şaquli quyulara nisbətən böyük üstünlüyü vardır. Odur ki, onların dəniz yataqlarının işlənilməsində geniş tətbiq olunur. Belə quyularla bir platformadan yataq sahəsinin böyük hissəsi işlənilmə ilə əhatə oluna bilər ki, bu da əslində quyu şəbəkəsinin sıxlığı deməkdir.
Слайд 4

Horizontal (üfüqi) quyu məfhumu quyu gövdəsinin mütləq horizontal (üfüqi) olmasını nəzərdə

Horizontal (üfüqi) quyu məfhumu quyu gövdəsinin mütləq horizontal (üfüqi) olmasını nəzərdə

tutmur; yatağın neftlilik həcminin forması və neftlədoymasından asılı olaraq onun gövdəsi istənilən kimi istiqamətləndirilə bilər
Qeyd etmək lazımdır ki, dəniz akvatoriyasında yerləşən yataqların işlənilməsində bu qazıma üsulunun əhəmiyyəti daha böyükdür. Belə ki, onların tətbiqi nəticəsində özüllərin sayının azalmasına nail olunur.

Horizontal (üfüqi) quyunun sxematik görünüşü.

Слайд 5

Horizontal quyuların imkanları Horizontal (üfüqi) quyuların ənənəvi istifadə edilən şaquli quyulara

Horizontal quyuların imkanları

Horizontal (üfüqi) quyuların ənənəvi istifadə edilən şaquli quyulara

nisbətən bir sıra imkanları mövcuddur:
quyu gövdəsinin vəziyyətinin geoloji fəzada dəyişdirilməsi nəticəsində drenaj zonalarının əsaslı surətdə artırılması;
layda mayenin (neftin) axım istiqamətinin dəyişilməsi;
məhsuldar layın həcmində neftliliyin (sululuğun) paylanmasından asılı olaraq onun tavanının (dabanının) iki və ya bir neçə dəfə kəsilməsi;
ekran tipli qırılmalar ilə məhdudlaşan yatağın qonşu bloklarının eyni vaxtda işlənilməyə cəlb edilməsi;
zəif sementləşmiş kollektorlarda işlənilmə prosesində baş verən qum tıxacı əmələ gəlməsinin intensivliyinin xeyli azalması.
Yataqların horizontal (üfüqi) quyularla işlənilməsində alınan yüksək hasilat onların qazılmasına sərf olunan xərcləri tamamilə ödədiyindən iqtisadi cəhətdən əlverişli istismar üsulu hesab edilir.
Слайд 6

Beləliklə, yuxarıda sadalanan meyarlara istinad etməklə hər hansı bir regionda işlənilən

Beləliklə, yuxarıda sadalanan meyarlara istinad etməklə hər hansı bir regionda işlənilən

yataqlar sırasından horizontal (üfüqi) quyuların qazılaraq istismarı üçün obyektlər seçmək olar. İlkin tədqiqatlar göstərir ki, Azərbaycanın quru sahəsində və dəniz akvatoriyasında işlənilən yataqlar horizontal (üfüqi) quyuların qazılması üçün müvafiq geoloji-mədən şəraiti mövcuddur və bu üsulun tətbiqi yüksək səmərə verə bilər.
Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır. Quyu‘’Günəşli’’ yatağının dayaz sulu hissəsində ‘’Fasilə’’ Lay Dəstəsinə (FLD) maksimum 84 dərəcə bucaq altında qazılmışdır. ’İlk dəfə olaraq açıq sonluqlu mənimsəmə quyusu istismara verilmişdir.

Quyu‘’Günəşli’’ yatağının dayaz sulu hissəsində ‘’Fasilə’’ Lay Dəstəsinə (FLD) maksimum 84 dərəcə bucaq altında qazılmışdır

Слайд 7

Qərbi Abşeron yatağındakı 20 nömrəli stasionar dəniz özülü “Qərbi Abşeron” yatağındakı

Qərbi Abşeron yatağındakı 20 nömrəli stasionar dəniz özülü

“Qərbi Abşeron” yatağındakı

20 saylı stasionar dəniz özülündən 20 nömrəli horizontal quyu qazmadan sonra istismara verilmişdir.
“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Qirməki Lay Dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 771-688 metr intervaldan sutkalıq 10 ton neft
hasilatı ilə istismar fonduna qəbul edilib.
  Qeyd edək ki, horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır
Слайд 8

DDSÖ-13 Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə

DDSÖ-13
Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək

13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır. Əməliyyat birinci cəhddən uğurla yerinə yetirilmişdir.

Günəşli yatağı

Слайд 9

“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə

“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə

SOCAR-AQŞ tərəfindən qirməki lay dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 717-632 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.
“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə SOCAR-AQŞ tərəfindən qirməki lay dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 717-632 metr intervaldan sutkalıq 13 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.

Qazma isleri yekunlaşdıqca quyuların istismara verilməsi

Слайд 10

“Aparılan qazma işlərinin nəticələrinin təhlili göstərir ki, yeni quyuların qazılıb istismara

“Aparılan qazma işlərinin nəticələrinin təhlili göstərir ki, yeni quyuların qazılıb istismara

verilməsi yataqlar üzrə hasilatın sabitləşməsi və qismən artırılması istiqamətində həyata keçirilən əsas tədbirlərdən biridir. İstismar qazması hesabına işlənmədə olan obyektlərdə quyu şəbəkəsi qismən bərpa edilir, texniki səbəbdən sıradan çıxmış köhnə quyular yeniləri ilə əvəz olunur və yatağın lazımi texnoloji rejimdə istismarı üçün şərait yaranır”.
“Azneft” İstehsalat Birliyi ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində ən son texnika və texnologiyaların istifadəsini uğurla tətbiq edir..
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.