İxtisas : elektroenergetika mühəndisliyi fənn : elektik maşınları -2 mövzu : transformatorlarda gərginliyin tənzimlənməsi

Слайд 2

Transformator Transformatorda gərginliyin tənzimi üsulları Transformatr-dəyişən cərəyan sistemində tezliyi və gücü

Transformator Transformatorda gərginliyin tənzimi üsulları Transformatr-dəyişən cərəyan sistemində tezliyi və gücü

dəyişmədən onun gərginliyinin və cərəyanının qiymətini dəyişən statik elektromaqnit aparatdır. Başqa sözlə desək, transformator induktiv əlaqəli iki və ya bir neçə dolağı olan elə statik elektromaqnit qurğudur ki, onun vasitəsilə hər hansı bir gərginlikli dəyişən cərəyanı həmin tezlikdə başqa bir gərginlikli dəyişən cərəyana çevirmək olur. Transformatorlardan energetik qurğularda, rabitə qurğularında, radiotexnikada, avtomatika, telemexa-nika sistemlərində, hesablama texnikasında və s. müxtəlif məqsədlər üçün geniş istifadə olunur.
Слайд 3

Şəkil 1.

 

Şəkil 1.

Слайд 4

TRANSFORMATORLARDA GƏRGİNLİYİN TƏNZİMLƏNMƏSİ Müxtəlif şəbəkələrə görə şəbəkədə gərginlik dəyişir. Bu olmasın

TRANSFORMATORLARDA GƏRGİNLİYİN TƏNZİMLƏNMƏSİ

Müxtəlif şəbəkələrə görə şəbəkədə gərginlik dəyişir. Bu olmasın

deyə müxtəlif tənzimləmə üsullarından istifadə edirlər. Belə ki, birinci tərəf gərginliyinin hansı istiqamətdə dəyişməsindən asılı olmayaraq, ikinci tərəf gərginliyi sabit qalsın. Bu üsullardan bir transformatorun transformasiya əmsalını dəyişməkdir. Bunun üçün dolaqlardan hər hansı birinin işdə olan sarğılar sayını müəyyən faizlə dəyişirlər. Belə dəyişmə aparmaq üçün dolaqlardan birindən, əsasən yüksək gərginlik dolağından əlavə uclar çıxarılır, çünki bu dolağın sarğılar sayı çox olduğundan transformasiya əmsalını istənilən faizlə dəqiq dəyişmək olur və digər tərəfdən yüksək gərginlik dolağı kiçik cərəyanlı olduğundan çevirgəc qurğunun ölçüləri kiçik olub ucuz başa gəlir.
Слайд 5

şəkil 2.

 

şəkil 2.

Слайд 6

Çevirgəclər yağ transformatorlarında çənin içərisində yerləşdirilir, onların kontaktları isə ümumi vala

Çevirgəclər yağ transformatorlarında çənin içərisində yerləşdirilir, onların kontaktları isə ümumi

vala geydirilərək çənin qapağı üstünə bərkidilmiş dəstəklə əlaqələndirilir. Mayesiz transformatorlarda əlavə uclar kontakt lövhəsi üzərinə çıxarılır və öz aralarında istənilən qaydada birləşdirilə bilir.
İri sənayemüəssisələrində işlədicilərin fasiləsiz enerji təchizinə nail olmaq üçün transformator gərginliyinin yük altında tənzimi böyük əhəmiyyətə malikdir.
Слайд 7

Bununla əlaqədar olaraq yük altında gərginliyi P (10-16)% hədlərində tənzimlənən transformatorların

Bununla əlaqədar olaraq yük altında gərginliyi P (10-16)% hədlərində tənzimlənən transformatorların

istehsalı sürətlə artır. Belə transformatorlarda da gərginliyin tənzimlənməsi transformasiya əmsalının dəyişdirilməsinə əsaslanır. Lakin burada tənzimləmə zamanı bir əlavə ucdan digərinə keçərkən, cərəyan dövrəsi qırılmamalıdır. Bu məqsədlə hər faz dolağı xüsusi çevirgəc qurğu ilə təchiz edilir. Cərəyan dövrəsini qırmadan bir əlavə ucdan digərinə keçərkən hər hansı aralıq vəziyyətdə iki qonşu uc və bu uclar arasında qalan dolaq hissəsi qısa qapanır. Qısa qapanma cərəyanını məhdudlaşdırmaq məqsədilə bu çevirgəc qurğularda reaktor və ya rezistorlardan istifadə edilir. Belə çevirgəc qurğulardan birinin prinsipial sxemi şəkil 3-də göstərilmişdir. Burada cərəyan məhdudlaşdırıcı element kimi reaktordan istifadə edilir. Başlanğıc işçi vəziyyətində K1 və K2 kontaktorları bağlıdır, reaktorun hər iki qolu transformator dolağının əlavə uclarından birinə, məsələn X1 ucuna qoşulub. Bu zaman reaktorun paralel qollarından axan cərəyanlar qiymətcə bərabər, istiqamətcə əks olduğundan reaktor nüvəsində maqnit seli praktiki olaraq sıfırdır, yəni onun induktiv müqaviməti çox kiçikdir.

şəkil 3.

Alçaldıcı transformator