Multi̇modal nəqletmə si̇stemləri̇ndə daşima texnologi̇yalari

Содержание

Слайд 2

Taxılın daşınması 1. Taxıl qəbul məntəqələrinə ümumi təyinatlı və ya yükünü

Taxılın daşınması

1. Taxıl qəbul məntəqələrinə ümumi təyinatlı və ya yükünü özüboşaldan

banı olan avtonəqliyyat vasitələri ilə tarasız daşına bilər.
2. Taxılın atmosfer yağıntılarından qorunması, habelə daşıma zamanı baş verə biləcək itkilərin qarşısının alınması məqsədi ilə daşıyıcı avtonəqliyyat vasitəsinin banını örtüklə təchiz etməlidir.
3. Daşıyıcı taxılı çəkisinə görə qəbul edir və təhvil verir. Yüklü və yüksüz gediş zamanı avtonəqliyyat vasitəsi eyni tipli tərəzidə çəkilməlidir.

Talibov Ceyhun . +994558480713

Слайд 3

Pambığın daşınması 1. Pambıq tezalışan, nəmgötürən və tozyığan material olduğuna görə,

Pambığın daşınması
1. Pambıq tezalışan, nəmgötürən və tozyığan material olduğuna görə, onun

yüklənməsi, yığılması və daşınması zamanı xüsusi şəraitə və şərtlərə əməl olunmalıdır.
2. Taralaşdırılmamış pambıq yalnız pambıq daşımaq üçün nəzərdə tutulmuş xüsusi konstruksiyalı və ya xüsusi təchiz edilmiş avtonəqliyyat vasitələrində daşınmalıdır.
3. Taralaşdırılmış pambıq yalnız bortlu avtonəqliyyat vasitələrində daşınmalıdır.
4. Avtonəqliyyat vasitələrilə daşınan pambıq atmosfer təsirindən qorunmaq üçün xüsusi brezent örtüklə örtülməlidir

Talibov Ceyhun . +994558480713

Слайд 4

Tərəvəzin daşınması 1. Tərəvəz ümumi təyinatlı, həmçinin furqon, izotermik furqon və

Tərəvəzin daşınması

1. Tərəvəz ümumi təyinatlı, həmçinin furqon, izotermik furqon və ya

refrijerator banı olan yük avtonəqliyyat vasitələri ilə daşına bilər
2. Daşıyıcı avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəcalayıb artıra tindən tam istifadə etmək məqsədi ilə onun banının bortlarını qaldıra edə bilər.
3. Tərəvəz daşınmaya təqdim edildikdə, tara saz və quru vəziyyətdə, qoxusuz olmalı, həmçinin dövlət standartlarının, texniki və gigiyenik şərtlərin tələblərinə cavab verməlidir.
4. Taralanmış tərəvəz avtonəqliyyat vasitəsinin banına sıx və arasında boş məsafə olmayan sıralarla yüklənməlidir.
5. Tərəvəzin daşınması yükün faktiki kütləsi nəzərə alınmaqla, əmtəə-nəqliyyat qaiməsi əsasında yerinə yetirilməlidir.

Talibov Ceyhun . +994558480713

Слайд 5

Silos kütləsinin, samanın, otun və kətanın daşınması 1. Silos kütləsi, saman,

Silos kütləsinin, samanın, otun və kətanın daşınması

1. Silos kütləsi, saman, ot

və kətan bortlu və ya yükünü özüboşaldan avtonəqliyyat vasitələri ilə taralaşdırılmamış halda daşınır.
2. Avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətindən tam istifadə etmək məqsədi ilə onun banının bortlarını həmin banın döşəməsindən 1,5 m artıra bilər.
3. Silos kütləsinin, samanın, otun və kətanın qəbulu və təhvil verilməsi daşıyıcı tərəfindən yükün faktiki kütləsi nəzərə alınmaqla yerinə yetirilməlidir.
4. Silos kütləsinin, samanın, otun və kətanın çəkisi avtonəqliyyat vasitəsinin eyni tipli tərəzidə yüklü və yüksüz halda kontrol çəkilməsi ilə (növbə ərzində bir dəfədən az olmayaraq) müəyyən edilir.

Talibov Ceyhun . +994558480713

Слайд 6

Maye halında olan üzvi gübrələrin daşınması 1. Maye halında olan üzvi

Maye halında olan üzvi gübrələrin daşınması

1. Maye halında olan üzvi gübrələrin

daşınması yalnız xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitələrində (avtoçənlərdə) yerinə yetirilməlidir.
2. Maye halında olan üzvi gübrələr avtoçənlərə onların üzərində quraşdırılmış xüsusi nasoslar vasitəsilə doldurulmalıdır.
3. Maye halında olan üzvi gübrələrin daşınmasının və yolda hərəkət zamanı yerə tökülməsinin qarşısının alınması məqsədi ilə avtoçənlər doldurmanın səviyyəsini nəzarətdə saxlayan vasitələrlə təchiz edilməlidir.
4. Daşıyıcı çəninin korpusu və ya dibi zədəli olan, kilidləyici qurğuları və lyuklarının qapağı olmayan və ya nasaz vəziyyətdə olan avtoçənləri maye halında olan üzvi gübrələrin daşınması üçün təqdim etməməlidir.

Talibov Ceyhun . +994558480713

Слайд 7

Heyvanların və quşların daşınması 1. Heyvanların və ya quşların daşınması yalnız

Heyvanların və quşların daşınması

1. Heyvanların və ya quşların daşınması yalnız xüsusi

konstruksiyalı yük avtonəqliyyat vasitələrində, o olmadıqda isə heyvanların və ya quşların daşınması üçün təchiz edilmiş ümumi təyinatlı yük avtonəqliyyat vasitələrində yerinə yetirilməlidir.
Heyvanların və ya quşların özüboşaldan banı olan avtonəqliyyat vasitələrində daşınması qadağandır.
2. Heyvanları daşıyan avtonəqliyyat vasitəsi platformanın döşəməsindən hündürlüyü 1,5 m-dən az olmayan (atlar üçün 2 m-dən az olmayan) taxta lövhələrlə və ya metal məhəccərlə və heyvanların bağlanması üçün qurğularla təchiz edilməlidir.
Yükgöndərən baytarlıq şəhadətnaməsini, zəruri hallarda isə daxili karantin sertifikatını daşıyıcıya təqdim etməlidir. 

Talibov Ceyhun . +994558480713

Слайд 8

Heyvanların və quşların daşınması Yükgötürmə qabiliyyəti 2,5 tondan artıq olmayan avtonəqliyyat

Heyvanların və quşların daşınması

Yükgötürmə qabiliyyəti 2,5 tondan artıq olmayan avtonəqliyyat vasitəsinin

banında 1 at və ya 2 iribuynuzlu heyvan, 5 tondan artıq olmayan avtonəqliyyat vasitəsinin banında 2 at və ya 5 iribuynuzlu heyvan, irihəcmli banı olan avtonəqliyyat vasitələrində isə 3 at və ya iki sırada 6 iribuynuzlu heyvan daşına bilər. Avtonəqliyyat vasitəsinin banının bir bölməsində və ya 1 kv.m sahəsində 30 quş daşına bilər.

Talibov Ceyhun . +994558480713

Слайд 9

Tezkorlanan yüklərin daşınması Daşıyıcı tezkorlanan yükləri izotermik furqonlarda, refrijeratorlarda və ya

Tezkorlanan yüklərin daşınması

Daşıyıcı tezkorlanan yükləri izotermik furqonlarda, refrijeratorlarda və ya çənlərdə

bu xüsusi temperatur rejiminə əməl olunmaqla daşımalıdır.
Daşıyıcı müstəsna hallarda tezkorlanan yüklərin daşınmasını bortlu örtük salmaqla və ya havası təmizlənən furqon tipli avtonəqliyyat vasitəsində yerinə yetirə bilər.
Yükləmədən əvvəl tezkorlanan yükün temperaturunu və yüklənməyə verilmiş avtonəqliyyat vasitəsinin banındakı temperaturu, yükalan isə öz növbəsində onun ünvanına gələn avtonəqliyyat vasitəsinin banındakı temperaturu və tezkorlanan yükün temperaturunu həmin yükün boşaldılmasından əvvəl yoxlama vərəqəsində qeyd etməlidir.

Talibov Ceyhun . +994558480713

Слайд 10

Tezkorlanan yüklərin daşınması Yükgöndərənin daşınmaya təqdim etdiyi tezkorlanan yüklər sanitariya-gigiyena normalarına,

Tezkorlanan yüklərin daşınması

Yükgöndərənin daşınmaya təqdim etdiyi tezkorlanan yüklər sanitariya-gigiyena normalarına,

həmçinin aşağıdakı tələblərə cavab verməlidir:
meyvə və tərəvəz təzə dərilmiş, hər partiyada yetişmə dərəcəsinə görə eyni növlü olmalı və standart taraya qablaşdırılmalıdır;
qoyun və xırda heyvanların cəmdəkləri başı kəsilmiş halda bütöv cəmdəkli olmalıdır;
dondurulmuş ətin temperaturu — əzələ dərinliyində -8°C-dən artıq olmamalıdır;

Talibov Ceyhun . +994558480713

Слайд 11

Tezkorlanan yüklərin daşınması soyudulmuş halda ət (otaq temperaturunda ən azı 6

Tezkorlanan yüklərin daşınması

soyudulmuş halda ət (otaq temperaturunda ən azı 6 saat

soyudulmuş) quru səthə və əzələ dərinliyində +4 °C-dən +12 °C-yə qədər temperatura malik olmalıdır;
hisdə qurudulmuş ət məhsulları (hisdə qurudulmuş bud, döş əti, donuz və ya dana döş əti və s.) quru, təmiz, hisdə bərabər qurudulmuş, +4 °C-yə qədər temperatura malik olmalıdır və havanın sərbəst dövr etməsini təmin edən xüsusi yeşiklərə qablaşdırılmalıdır;
kolbasa məhsulları (hisdə yarım qurudulmuş, suda bişirilmiş və s.) təmiz, quru, zədələnməmiş qabığa malik olmalı və havanın sərbəst dövr etməsini təmin edən xüsusi yeşiklərə qablaşdırılmalıdır;

Talibov Ceyhun . +994558480713

Слайд 12

Tezkorlanan yüklərin daşınması əridilmiş, yeməli və heyvan piyləri ağac çəlləklərə, dəmir

Tezkorlanan yüklərin daşınması

əridilmiş, yeməli və heyvan piyləri ağac çəlləklərə, dəmir qablara,

şüşə bankalara və ya digər xüsusi taralara qablaşdırılmalıdır;
endokrin xammal olan yeşiklərin hər tərəfdən ətrafına ayrı-ayrı yük yerlərinin arasında boşluq qalmadan soyuq ballast rolunu oynayan dondurulmuş ət düzülməlidir;
dondurulmuş vəziyyətdə quş ətinin daşınması zamanı cəmdəyin daxilində temperatur -6°C-dən -8°C-yə qədər olmalı və yeşiklərə qablaşdırılmalıdır;
soyudulmuş halda quş əti (cəmdəyinin daxilində temperaturu 0-dan +4 °C-yə qədər) havanın sərbəst dövr etməsini təmin edən yeşiklərə qablaşdırılmalıdır;

Talibov Ceyhun . +994558480713

Слайд 13

Tezkorlanan yüklərin daşınması dondurulmuş vəziyyətdə balıq iç tərəfdən kağızla (həsirlə və

Tezkorlanan yüklərin daşınması

dondurulmuş vəziyyətdə balıq iç tərəfdən kağızla (həsirlə və ya

digər izoləedici materialla) döşənmiş yeşiklərə (çəlləklərə və ya digər xüsusi taraya) qablaşdırılmalıdır;
dondurulmuş vəziyyətdə balığın daşınma zamanı temperaturu -8 °C-yə qədər olmalıdır;
soyudulmuş vəziyyətdə balığın onurğa sütunu yaxınlığında ət dərinliyinin temperaturu +3 °C-yə qədər olmalıdır;
soyudulmuş vəziyyətdə balıq yeşiklərə və ya çəlləklərə qablaşdırılmalı, taranın dibinə və hər balıq sırasına doğranmış təmiz buz qatı səpilməlidir;
balıq təmiz səthə, təbii rəngə (buz duzla və yaş dondurulma zamanı — solğun rəngə) malik olmalı, qəlsəmələri — açıq qırmızı və ya tünd qırmızı rəngdə olmalı, balıqdan çürüntü iyi gəlməməlidir;
diri balıq və ya onun körpələri hərəkətli, zədəsiz və (və ya) kifsiz, salamat qəlsəmələrlə və dəri örtüyü ilə olmalıdır;

Talibov Ceyhun . +994558480713

Слайд 14

Yalnız tək daşınmalı yüklər 1. dondurulmuş və soyudulmuş balıq, siyənək, balıq

Yalnız tək daşınmalı yüklər

1. dondurulmuş və soyudulmuş balıq, siyənək, balıq kürüsü,

quru, duzlu, hisə verilmiş balıq, quru balıq konsentratı;
2. soyudulmuş ət, hisə verilmiş ət məmulatları;
3. hisə verilmiş kolbasalar;
4. hər növ pendir;
5. güclü ətiri olan meyvələr (portağal, limon, naringi, yemiş);
6. sərt iyli tərəvəz (soğan, sarımsaq);
7. çörəkbişirmə mayaları və marqarin.

Talibov Ceyhun . +994558480713

Слайд 15

Çörək və çörək-bulka məmulatlarının daşınması Yükgöndərən çörək və çörək-bulka məmulatlarını (baton,

Çörək və çörək-bulka məmulatlarının daşınması

Yükgöndərən çörək və çörək-bulka məmulatlarını (baton, bulka

və s.) bişdikdən sonra keyfiyyətini qorumaq üçün aşağıdakı müddət ərzində daşınmaya təqdim etməlidir:
arpa və çovdar unundan, arpa-buğda və kəpəksiz undan bişirilmiş çörəyi — 1 saatdan az, 14 saatdan çox olmayan müddətdə;
ələnmiş və sortlaşdırılmış buğda unundan bişirilmiş çörəyi — 1 saatdan az, 10 saatdan çox olmayan müddətdə;
ələnmiş və sortlaşdırılmış buğda unundan bişirilmiş çörək-bulka məmulatını — 6 saatdan çox olmayan müddətdə.

Talibov Ceyhun . +994558480713

Слайд 16

Çörək və çörək-bulka məmulatlarının daşınması Çörək və çörək-bulka məmulatını göndərən aşağıdakılara

Çörək və çörək-bulka məmulatlarının daşınması
Çörək və çörək-bulka məmulatını göndərən aşağıdakılara

əməl etməlidir:
qəlibə salınmış müəyyən formalı çörəyi bir cərgədə alt qırağı və ya yan tini üzərində yığmalıdır;
kürə çörəyini və çörək-bulka məmulatını bir cərgədə alt qırağı və ya yan tini üzərində çörək qutusunun arxa və ya yan divarına söykənmiş şəkildə yığmalıdır;
çəkisi 200 qramdan çox olmayan çörək-bulka məmulatını alt qırağı üzərində bir və ya iki cərgədə yığmalıdır.

Talibov Ceyhun . +994558480713